12px13px15px17px
Tarix:21/08/14

Aparıcı İT şirkətlərinin əməkdaşları nə qədər əməkhaqqı alır?

“The Economic Times” nəşri ABŞ-ın “Apple” şirkətinin əməkdaşlarının aldıqları əməkhaqqının İT sahəsinin digər nəhəng şirkətlərinin əməkdaşlarının aldıqları əməkhaqqı ilə müqayisəsini aparıb.
 
Nəşr “Apple” və “Google” şirkətlərinin çalışan işçilərin orta illik əməkhaqqı cədvəlini tərtib edərək “Glassdoor” resursundan (burada müqavilə əsasında çalışan işçilər işəgötürənləri müzakirə edirlər) alınan rəqəmləri müqayisə edib.  
 
Beləliklə, cədvəldən məlum olub ki, “Apple” şirkətində çalışan proqram təminatı tərtibatçısının orta illik əməkhaqqısı 110 784 dollar, “Google”da 118 994 dollar təşkil edir. “Apple”da yeni məhsulun buraxılışı üzrə menecer ildə 120 182 dollar, “Google”da 138 951 dollar qazanır. “Apple”da baş proqram tərtibatçısı ildə 130 130 dollar, “Google”da  152 985 dollar əməkhaqqı alır.


 
“Google”da sistemlər üzrə mühəndisinin əməkhaqqısı barədə məlumat olmasa da, “Glassdoor”a istinadən “Apple”da bu mütəxəssisin illik əməkhaqqısı 95 713 dollar qiymətləndirilir. “Apple”da layihələr üzrə menecer ildə 101 716 dollar, sınaqlar üzrə mütəxəssis 106 446 dollar maaş alır. “Apple”da mühəndis konstruktor (məhsulun dizaynı üzərində çalışır) 119 742 dollar, aparat mühəndisi  113 577 dollar, baş aparat mühəndisi isə 138 753 dollar alır, - “InternetUA” www.internetua.com yazır. 
 



Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024