12px13px15px17px
Tarix:21/08/14

“Azercosmos” “IBC-2014” sərgi və konfransında iştirak edəcək

Azərbaycanın peyk operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti sentyabrın 11-dən 16-dək Amsterdamda (Niderland) keçiriləcək "IBC"` (International Broadcasting Convention) sərgi və konfransında iştirak edəcək.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, bu tədbir Avropada teleradioyayım sahəsi texnologiyalarına həsr olunmuş ən genişmiqyaslı tədbirdir. 
 
"Azərkosmos" tədbirdə 5.B06 nömrəli stend ilə iştirak edəcək və peyk rabitəsi xidmətlərini, yerüstü peyk stansiyalarını (sabit uplinks) nümayiş etdirəcək.
 
Qeyd edək ki, hər il "IBC" sərgi və konfransında 130 ölkədən 1300 eksponent iştirak edir.
Bu il sərgidə 1000-dək şirkət genişyayımlı məlumat və media vasitələri sahəsində yeni texnologiyalar və ən aparıcı ideyalar təqdim edəcəklər.
 
Sərgidə audio və video sistemlər, kabellər, rəqəmli texnologiyalar və digər müxtəlif avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024