12px13px15px17px
Tarix:22/08/14

“Microsoft”un telefonlarına “Opera” brauzeri quraşdırılacaq

“Opera” şirkəti ilə “Microsoft” arasında imzalanmış razılaşmaya əsasən, proqram nəhənginin telefonlarına əvvəlcədən “Opera Mini” brauzerləri quraşdırılacaq.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, razılaşma “Series 30+”, “Series 40”, həm də “Asha” platformaları ilə işləyən cari telefonlara aiddir. İstifadəçilər üçün bu telefonlar “Nokia” brendi kimi məlumdur, amma Finlandiya şirkətinin mobil bölməsi “Microsoft” tərəfindən satın alınıb.
 
“Opera Mini” brauzeri mobil qurğular üçün yaradılıb, onda məlumatların sıxılması üçün daxili texnologiya quraşdırılıb ki, bu da  trafikə qənaətə imkan verir.
 
Emil Hüseynov



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024