12px13px15px17px
Tarix:22/08/14

Bakıda İT layihələrin menecerləri dövlət sektoru ilə təcrübələrini bölüşəcəklər

Avqustun 29-da Azərbaycan Layihə İdarəetməsi Assosiasiyasında layihə menecerlərinin “Dövlət sektoru ilə işdə layihələrin idarə etməsi üzrə praktiki məsləhətlər” mövzusunda görüş keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi təcrübə mübadiləsi və gələcəkdə beynəlxalq standartlar üzrə birgə layihələrin hazırlanmasıdır.
 
Tədbir çərçivəsində “ExtraWeb” şirkətinin layihələr üzrə direktoru Xəyyam Bayramov məruzə ilə çıxış edəcək. Məruzəçi  layihə menecerinin dövlət orqanları ilə işlədikdə hansı tipik səhvlərə və risklərə yol verməməsinin vacib olduğu haqda bəhs edəcək.
 
Görüşdə layihə idarəetməsi anlayışı, hazırlıq və kommunikasiya, icra və faza, layihənin uğurla başa çatdırılması kimi mövzular müzakirə ediləcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020