12px13px15px17px
Tarix:23/08/14

Kibercinayətkarlar ABŞ şirkətinin məlumat bazasına hücum edib

ABŞ-ın dövlət idarələri üçün kadr seçimi ilə məşğul olan nəhəng şirkətin məlumat bazası kiberhücuma məruz qalıb. Bu barədə jurnalistlərə ABŞ administrasiyasının rəsmi nümayəndələri bildirib.

Məlumata görə, cinayətkarlar ABŞ-ın dövlət idarələri ilə yanaşı, Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) üçün əməkdaşlar seçən "U.S. Investigation Services - USIS" şirkətinin məlumat bazasına müdaxilə edib. "Bu, informasiyaya edilmiş qeyri-qanuni müdaxilədir. Biz informasiyanın oğurlanması halının baş verməsini hələlik deyə bilmərik", - rəsmi nümayəndə jurnalistlərə deyib.   
 
Ekspertlər qeyd ediblər ki, hücuma məruz qalan 25 min nəfərin informasiyası artıq müəyyən edilib. Lakin onlar hücuma məruz qalanların sayının artacağını istisna etməyiblər.
 
Qeyd olunur ki, nazirlik kibercinayətkarlar tərəfindən məlumat bazasına müdaxilənin edilməsi məlum olunduqdan sonra "USIS" ilə əməkdaşlığı dayandırıb. Bundan başqa, qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu (FTB) məsələ ilə bağlı araşdırmalara başlayıb.
 
"USIS" hücumun edilməsi barədə iki həftə əvvəl məlumat verib. Şirkət nümayəndələri bəyan ediblər ki, ekspertlərin fikrincə, bütün əlamətlər ondan xəbər verir ki, hücum digər ölkə hökumətinin dəstəyi ilə həyata keçirilib. Lakin onlar söhbətin hansı dövlətdən getməsi barədə məlumat verməyiblər, - "İTAR-TASS" www.itar-tass.com yazır.   
 



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024