12px13px15px17px
Tarix:25/08/14

“Əşyaların interneti” bazarının həcmi 14.4 trilyon dollar olacaq


"Əşyaların interneti" anlayışı dedikdə internetə qoşulan və bir-biri ilə əlaqə saxlayan obyektlər nəzərdə tutulur.
 
2000-ci ildə masaüstü kompüterlər üstünlük təşkil edirdi və dünyada internet şəbəkəsinə qoşulmuş 1 milyard qurğu mövcud olub. Bundan sonra noutbuk və mobil telefonlar dövrü gəlib və bu göstərici 10 dəfə artaraq 2010-cu ildə 10 milyard qoşulmaya çatıb. 2020-ci ilədək bu göstərici 50 milyarda çatacaq.
 
“ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, 2005-ci ildə internetə qoşulmuş qurğuların sayı insanların sayından az olub. 2015-ci ilədək planetin hər bir sakininə internetə qoşulmuş 3,5 qurğu, 2020-ci ildə isə 7 cihaz düşəcək. Genişzolaqlı internetə çıxış üzrə çıxış nöqtələrinin sayı 2019-cu ilədək 8 milyarda çatacaq. Hazırda bu göstərici 2 milyard nöqtə təşkil edir. İsveçin rabitə nəhəngi “Ericsson” şirkətinin proqnozuna görə, ortastatistik smartfondan alınan mobil məlumatın həcmi gələcəkdə 4 dəfə artacaq.
 
“Cisco Systems” hesab edir ki, "əşyaların interneti" yaxın 10 ildə 14,4 trilyon dollar generasiya edəcək. Sənaye sahələrində dəyişiklik qeydə alınacaq: 2024-cü ilədək tibbi avadanlıq istehsalçıları 97 milyard dollar əlavə gəlir qazanacaqlar, belə ki GSMA mobil rabitə operatorları assosiasiyasının məlumatına görə, getdikcə daha çox qurğu şəbəkəyə qoşulacaq. Kompüter texnologiyalarından istifadə edən geyim və aksessuar satışlarının ümumi həcmi 2018-ci ilədək ildə 70% artaraq 42.5 milyard dollar olacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024