12px13px15px17px
Tarix:26/08/14

Sukeçirməz qurğular qlobal smartfon bazarının 30 faizinə sahiblənəcək

“Sony Mobile”in son smartfonlarının özəlliyi suyadavamlı olmasıdır. Məhz bu funksiya Yaponiya şirkətinin 2015-ci ildə buraxacağı orta səviyyəli yeni modellər üçün standart kimi qalacaq. Ucuz məhsulun rəqabətə davamlılığını artırmaq üçün bu addım atılıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bir neçə gün əvvəl “Sony” şirkətinin sukeçirməz qurğuları çeşidinə 4,8 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 8 meqapiksellik kamera və LTE dəstəyi ilə təchiz edilmiş “Xperia M2 Aqua” aparatı əlavə edilib. Qurğunu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində saxlamaq olar. Telefonun qiyməti təxminən 300 avro təşkil edir.
 
“Samsung Electronics”, “HTC”, “Lenovo” və “Coolpad” kimi başqa istehsalçılar, həmçinin orta səviyyəli smartfonlarını qurğunun daxili komponentlərə su düşməsinin qarşısını almağa qadir korpuslarla təchiz etməyi düşünürlər. Yaxın iki ildə "ağıllı" telefon seqmentində tədarükün 20-30 faizi sukeçirməz cihazların payına düşəcək.
 
Emil Hüseynov



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024