12px13px15px17px
Tarix:26/08/14

“Google” “Gecko Design” şirkətini satın alıb

“Google” şirkəti “Gecko Design” konstruktor bürosunu satın alıb. Razılaşmanın dəyəri açıqlanmır. Yalnız o məlumdur ki, “Gecko Design” bürosunun prezidenti Jak Qane və dörd əməkdaş  perspektiv texnologiyaların hazırlanması ilə məşğul olan “Google X” məxfi bölməsinə qoşulublar.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Gecko Design” şirkəti 1996-cı ildə təsis edilib, onun qərargahı Kaliforniya ştatının Los-Altos şəhərində yerləşir. Şirkət elektron istehlak qurğuları üzrə ixtisaslaşıb, həmçinin başqa firmaların mühəndislərinə məhsulların hazırlanmasının erkən mərhələsində köməklik göstərir. Müxtəlif illərdə “Logitech”, “Hewlett-Packard”, “Dell”, həmçinin “Sonos” audiosistem və “FitBit” "ağıllı" qolbağının istehsalçıları “Gecko Design” bürosunun  müştəriləri olublar.
 
Ehtimal ki, “Gecko Design” şirkəti “Google”a istehlak və kommersiya bazarları üçün bir sıra məhsulların buraxılmasında köməklik göstərə biləcək. Büronun keçmiş mütəxəssislərinin “Google Glass” artırılmış reallıq eynəyi dizaynının təkmilləşdirilməsi ilə məşğul olacağı istisna edilmir.
 
Emil Hüseynov



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024