12px13px15px17px
Tarix:27/08/14

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi regional qovşaqlarını abadlaşdırır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi, 
Kürdəmir Telekommunikasiya Qovşağının abadlaşdırılması ilə bağlı təkliflər sorğusu elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sorğu Kürdəmir Qovşağının İnzibati və Texnoloji binasının I və II mərtəbələrində əsaslı təmir, dam örtüyündə cari təmir, həyətyanı sahədə abadlıq, arxa fasadın əsaslı təmiri və mərkəzi istilik sisteminin quraşdırılması üzrə təkliflər sorğusu üsulu ilə satın alınmasını nəzərdə tutur.
 
Təkliflər sorğusunda iştirak etmək üçün iddiaçılar sənədlərini sentyabrın 1-dək təqdim etməlidirlər. Maraqlanan təşkilatlar 020-255-11-99; 050-411-59-80 (mob) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva


 



Baxış sayı: 1511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024