12px13px15px17px
Tarix:27/08/14

Əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza ilə daxil edilməsinin hansı üstünlükləri var?

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) digər mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarına inteqrasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  (ƏƏSMN) bildirilib ki, həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır:
 
 “Bunlar işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni o, qısa vaxt ərzində özünə və işçilərinə dair məlumatları əldə etmək imkanına malik olur. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edir”.
 
 
Qeyd edək ki, bildirişlər “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə daxil edilməlidir. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. Gücləndirilmiş imzanın bir sıra üstünlükləri var ki, buraya gizlilik (confidentiality); bütünlük (integrity); tanınma (authentication) və məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation) daxildir. Bu, elektron sertifikatlar, şəxsiyyət vəsiqəsi və başqa şəxsi sənədlərin isbat edilməsi üçün elektron əhatədə istifadə edilən elektron sənəddir. Sertifikatlar X.509 standartına uyğun olaraq istehsal olunur və bu standartlara uyğun veb skanerlərə, smart kartlara yüklənə bilər.
 
Qanuna uyğun olaraq etibarlı elektron imza, gücləndirilmiş elektron sertifikatdan istifadə edilərək yaradılır. Bir elektron sertifikat gücləndirilmiş olması üçün bir sıra xüsusiyyətlərə cavab verməlidir. Belə ki, sertifikatın gucləndirilmiş elektron sertifikat olduğuna dair bir dəlil, sertifikat xidmət təmin edicisinin şəxsiyyət məlumatları və qurulduğu ölkə adı, imza sahibinin diaqnoz edilə biləcəyi şəxsiyyət məlumatları (Ad, soyad və şəxsiyyət nömrə məlumatları), elektron imza meydana gətirmə məlumatına qarşılıq gələn imza təsdiqləmə məlumatı (açıq açar), sertifikatın etibarlılıq müddətinin başlanğıc və bitmə tarixləri (SXM sertifikatlarının etibarlılıq müddəti, sertifikat çıxarıldığı anda başlar, tam 3 il sonra bitər.) mühümdür. Bundan başqa, sertifikatın ardıcıl nömrəsi, sertifikat sahibi digər bir adam adına hərəkət edirsə, bu səlahiyyətinə bağlı məlumat (SXM sertifikatları üçün etibarlı deyil), sertifikat sahibi tələb etsə, peşə və ya digər fərdi məlumatları (SXM sertifikatları üçün etibarlı deyil) vacibdir. Ümumiyyətlə, eektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
 
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən əhalinin elektron imza xidmətlərindən istifadəsinin genişləndirilməsi və bu xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində proseduraların təkmilləşdirilməsi və sadələşdirilməsi davam etdirilir. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, artıq cari ilin may ayından etibarən elektron imza xidmətləri üçün əlverişli tariflər müəyyənləşdirilib. Belə ki, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib. Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir. Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir. E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin adam qoya bilər.
 
Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (Pin kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir. Eyni zamanda elektron imza haqqında qanunvericiliyə əsasən, Ali Sertifikat Mərkəzindən sertifikat alan Mobil Autentifikasiya Sertifikat Mərkəzi tərəfindən mobil qurğularda və planşetlərdə istifadə olunması üçün mobil autentifikasiya sertifikatları da verilir. Mobil İD yüklənmiş mobil qurğular vasitəsilə istifadəçilər “Elektron hökumət” portalına (www.e-gov.az), eləcə də digər xidmət saytlarına daxil ola bilərlər. Mobil autentifikasiya üçün birillik 4 manat, ikiillik 7 manat, üçillik isə 9 manat nəzərdə tutulur.
 
Elektron imza xidmətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən həyata keçirilir. Elektron imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.
 
 
Həqiqət İSABALAYEVA
 
 
 



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.