12px13px15px17px
Tarix:27/08/14

Hökumət Ödəniş Portalına yeni xidmətlər inteqrasiya olunub

Hökumət Ödəniş Portalının (HÖP) infrastrukturuna hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidmət təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.
 
HÖP vergi, rüsum və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə Mərkəzi Bank (MB) tərəfindən yaradılıb.
 
MB-dan qeyd edilib ki, son illərdə qurum tərəfindən elektron ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə dəstəyindən istifadə edilməklə həyata keçirilən ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi (MÖS) yaradılıb. MÖS-in bir komponenti məhz KÖMİS - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemidir.
 
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin platformasında Hökumət Ödəniş Portalı yaradılıb. Sistemin konsepsiyasının əsas mahiyyəti respublikada fəaliyyət göstərən kommunal və digər kütləvi xidmət təşkilatları üzrə mərkəzləşdirilmiş elektron abonent bazasını yaratmaq, bu abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının  istənilən ödəniş məntəqəsində borclarını öyrənmək və ən müasir ödəniş mexanizmləri
vasitəsilə ödənişlərini aparmaq imkanı yaratmaqdan ibarətdir.
 
Dünyanın bir çox ölkəsində geniş istifadə olunan “CheckFree i-Series” informasiya sisteminin bazasında yerli tələblərə tam uyğunlaşdırılmış bu sistem 2008-ci ildən istifadəyə verilib.
 
Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, “Internet Banking”) vasitəsilə  ödəniş aparmaq imkanı yaradılıb. Sistemə qoşulmuş kütləvi xidmət müəssisələrinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya sistemi ilə yaradılmış yüksəksəviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə mərkəzi informasiya bazasına ötürülür.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024