12px13px15px17px
Tarix:28/08/14

“IDC” analitikləri FK bazarı üzrə proqnozu yaxşılaşdırıblar

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2014-cü ilin yekununa görə qlobal fərdi kompüter (FK) bazarının həcmi 3,7% azalacaq (303,5 milyonadək) ki, bu da ekspertlərin əvvəlki proqnozu ilə müqayisədə 6% aşağıdır.

Analitiklər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə FK-yə tələbat əvvəlki kimi planşet kimi alternativ qurğuların, həmçinin iqtisadi və siyasi amillərin mənfi təsiri altındadır. Bununla belə, 2014-cü ilin birinci yarısında korporativ sektorda yüksək satışlar və inkişaf etmiş regionlarda istehlakçı tələbatının bərpası nəticəsində kompüter sənayesində vəziyyət yaxşılaşıb ki, bu da ikinci yarımilliyin nəticəsində özünü göstərəcək.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə mütəxəssislər inkişaf etmiş ölkələrdə FK tədarükünün artımını 5.6% səviyyəsində gözləyirlər ki, bu da 2010-cu ildən etibarən ən yüksək irəliləmə göstəricisidir. İnkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə qurğuların buraxılışı 181,9-dən 162,7 milyonadək azalacaq. Bu ölkələrdə vəziyyət yaxın illərdə sabitləşəcək və 2018-ci ildə inkişaf etməkdə olan regionlarda FK bazarının həcmi 161,8 milyon qurğu təşkil edəcək.

Dörd il sonra qlobal FK  tədarükünün həcmi 291,1 milyona çatacaq ki, bu göstəricinin 170 milyonu noutbukların, 121,1 milyonu isə masaüstü kompüterlərin payına düşəcək.


Emil Hüseynov
 
 




Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024