12px13px15px17px
Tarix:28/08/14

Azərbaycanlıların da dəvət aldığı “Bengaluru Space Expo 2014”-də kosmik sənayenin inkişafı gündəmə gələcək

6-8 sentyabr 2014-cü il tarixlərində Hindistanın Benqaluru şəhərində Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə “Bengaluru Space Expo 2014” adlı kosmik texnologiyalar, avadanlıq və məhsullar sərgisi keçiriləcək.
 
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.
 
 
Sərginin Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, “Expo 2014” birgə müəssisələr, texnologiyaların transferi, marketinq tədbirlərinə diqqət ayıracaq, həmçinin dünyanın kosmik sənaye müəssisələrinin ünsiyyət imkanlarının genişləndirilməsinə yönələn platformaya çevriləcək. Sərgi  eyni zamanda, Asiyanın kosmik sahədə əldə etdiyi nailiyyətlər və perspektivləri göstərəcək.
 
 
TK-dan o da vurğulanıb ki, tədbirə ev sahibliyi edən Hindistan indiyə qədər kosmik tədqiqatlar, bu sahənin inkişafı, kosmik texnologiyaların tətbiqi sahəsində əhəmiyyətli müvəffəqiyyətlərə nail olub. Tədbirin digər təşkilatçıları Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və kosmik sənaye sahəsində fəaliyyət göstərən “Antrix” Korporasiyasıdır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024