12px13px15px17px
Tarix:28/08/14

“Samsung” şirkəti 3G telefon funksiyasına malik “ağıllı” saatlarını nümayiş etdirib

“Samsung” şirkəti 3G mobil rabitə dəstəyi və bükük ekrana malik “Gear S” smart saatını nümayiş etdirib.
 
“Gear S” modeli “Samsung”un əvvəlki saatlarından smartfona qoşulmadan zənglərin qəbulu və göndərilməsi imkanı ilə seçilir. Cihaz qət edilmiş məsafə, yandırılmış kalori və istifadəçinin nəbzinə nəzarət etməyə imkan verən “S Health” funksiyasını dəstəkləyir. Aparata öncədən təqvim haqqında bildiriş, mesajların gönərilməsi və qəbulu üçün proqramlar, həmçinin QWERTY Keyboard proqram klaviaturası quraşdırılıb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, cihaz “Super AMOLED” texnologiyası üzrə hazırlanmış 2 düymlük matrisli bükük ekranla təchiz edilib. Ekranın təsvir ölçüsü 480x360 icazəsi. Qurğu daxili akselerometr, kompas və nəbz datçiki, “Bluetooth” və “Wi-Fi” simsiz protokolları üzrə rabitə yaradılması üçün adapterlərə malikdir. Həmçinin USB konnektor var. Saatlar IP67 standartı üzrə toza və suya davamlıdır.

Emil Hüseynov
 



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024