12px13px15px17px
Tarix:29/08/14

“Google” Azərbaycanda “Google AdWords”la işin xüsusiyyətləri mövzusunda onlayn vebinar keçirib

Bu günlərdə işə başlayan “Google” onlayn məktəbinin yeni sezonu çərçivəsində Azərbaycanda “Google AdWords”la işin xüsusiyyətləri mövzusunda onlayn vebinar keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, onlayn məktəb – yeni işləməyə başlayanlar üçün “AdWords” üzrə pulsuz onlayn məşğələlərdir. Kurs “AdWords”un bütün rusdilli istifadəçiləri üçün nəzərdə tutulub.
 
Məktəbin proqramına “AdWords”proqramının imkanları ilə tanışlıq, büdcənin effektiv istifadəsi üzrə tövsiyələr, “AdWords”la işin müxtəlif MDB ölkələrinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan) bazarlarında xüsusiyyətləri, mütəxəssislərə birbaşa efirdə sual vermək imkanı və bir sıra digər imkanlar daxildir.
 
Azərbaycanda “AdWords”la iş prinsiplərinə həsr olunmuş vebinarda yerli bazarda internet reklamın ən son inkişaf trendləri ilə,  “AdWords”un alətləri ilə tanış olmaq imkanı təqdim edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024