12px13px15px17px
Tarix:29/08/14

Azərbaycan ilə Litva arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçüs ilə görüşüb.
 
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.
 
Azərbaycan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən diplomat son illər ölkəmizdə bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıb.
 
Nazir Litvanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
 
Görüşdə İKT və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.  
 



Baxış sayı: 947

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024