12px13px15px17px
Tarix:30/08/14

Azərbaycanın innovativ iqtisadiyyata sürətlə keçidi USACC-ın diqqətini cəlb edib

Oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Ticarət Mərkəzində "Şərq Qərbi qarşılayır: Cənubi Qafqazda və Türkiyədə biznesin aparılması" mövzusunda "Səfirlik gecəsi"- ("Embassy Night") keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində regionun nüfuzlu iş adamları və diplomatik rəsmiləri ilə məlumat mübadiləsi aparılacaq.

"USACC"-ın müşahidələrinə görə, Azərbaycan neft üzərində qurulmuş  iqtisadiyyatdan informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm əsasında qurulmuş iqtisadiyyata sürətlə keçid nümayiş etdirir.
"Azərbaycan  dünya iqtisadiyyatına inteqrasiya etmək üçün iqtisadi siyasət prinsiplərini aktiv inkişaf etdirir.  Gürcüstan "Dünya bankının biznesin sərbəst aparılması" reytinqində 112-ci yerdən 9-cu yerədək yüksəlib və İslahatçılar Klubunun "Baş İslahatçı" adını alıb. Türkiyə Avropa ilə Yaxın Şərgin kəsişməsində inkişaf etmiş sənaye sektoruna malik olan, sürətlə inkişaf edən dünya iqtisadiyyatının əsas iştirakçısı olan ölkə olub və beynəlxalq şirkətlərin diqqətini cəlb edir. USACC-ın əsas məqsədi bu tədbir çərçivəsində bu ölkələrin regional imkanları haqda daha çox məlumat almaqdır", - deyə təşkilatdan bildiriblər.

Tədbir çərçivəsində bu ölkələrdə kibertəhlükəsizliyin təmin edilməsi üçün  praktik təlimin keçirilməsi üzrə sessiya təşkil olunacaq, kibermühafizənin səviyyəsi müəyyən ediləcək. Bu ilin birinci yarısında dünyada çoxlu sayda hökumət, kommersiya və hərbi təşkilatlara şəbəkə hücumları edilib və onların kibertəhlükəsizliyi pozulub. Bu təhlükəyə cavab olaraq, "Telecommunication systems, Inc" (TCS) şirkəti hərbi və telekommunikasiya sektorunda olan müştərilərin ən mühüm aktivlərin qorunması üçün  kibertəhlükəsizlik üzrə təcrübəsini bölüşəcək. 

Aynur Vəliyeva



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib