12px13px15px17px
Tarix:02/09/14

Abunəçilər mobil operatorlardan yüksəkkeyfiyyətli rabitə xidmətləri tələb edir

"Vasona Networks" (telekommunikasiya xidmətlərinin yaxşılaşması üçün həllər istehsalçısı) şirkətinin tədqiqatına əsasən, abunəçilər öz operatorlarından daha yüksək rabitə keyfiyyəti gözləyir. Bu halda smartfon və planşet istifadəçilərinin mobil şəbəkələrlə əlaqədar olmayan problemi yarandıqda, yenə də simsiz rabitə xidməti göstərən şirkətlər tənqidə məruz qalır.
 
İllik sorğuya əsasən, rəyi soruşulanların 72 faizi fasiləsiz, məhsuldar mobil rabitə xidməti istəyir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, istifadəçilərin 32 faizi üçün operator seçimi zamanı sabit və yüksəksürətli mobil internet mühüm amildir ki, bu da ötən illə müqayisədə 3 faiz yüksəkdir. Ancaq internetə çıxış qiyməti ən vacib meyar olaraq qalır, sorğu iştirakçılarının 56  faizi bu haqda bildirib.
 
Smartfon və planşet sahiblərinin 55  faizi hansısa tətbiq normal işləmədikdə öz operatorlarını günahlandırırlar. Ötənilki tədqiqatda respondentlərin 40  faizi bütün problemləri mobil şəbəkələrdə axtarıblar.
 
Hazırda istifadəçilərin 42 faizi öz dostlarına operator xidməti tövsiyə etməyə hazırdırlar. Rəyi soruşulmuşların böyük hissəsi (49 faiz) bu məsələ ilə bağlı neytral mövqe tutub, qalan 9 faiz başqalarına istifadə etdikləri operatorun xidmətlərindən yararlanmağı tövsiyə etməyəcək.
 
Emil Hüseynov



Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020