12px13px15px17px
Tarix:02/09/14

Daşınmaz əmlaka dair “Forma-1”-in onlayn rejimdə alınması məmur-vətəndaş ünsiyyətini azaldıb

“Bu ildən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onlayn xidmətlərin tətbiqi ərazi idarələrinə gediş-gəlişləri, məmur-vətəndaş ünsiyyətini kifayət dərəcədə azaldıb. Belə ki, vətəndaşlar  daşınmaz əmlaka dair yüklülük arayışları (Forma-1) artıq onlayn rejimdə əldə edirlər. Eyni zamanda, digər onlayn xidmət vasitəsilə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrində olan məlumatları internet vasitəsilə əldə etmək mümkündür. Bu xidmət sayəsində mülkiyyətçilər internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir”.
 
 
 Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov deyib. Onun sözlərinə görə, indiyədək elektron xidmətlər vasitəsilə 90 mindən çox müraciət icra edilib ki, bunun 68 mindən çoxu onlayn qaydada təmin edilib:
 
 
“Bu ilin aprel ayından başlayaraq komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər şəhər və rayonlarda xüsusi sosial təbəqədən olan vətəndaşların ünvanına çatdırılır. Yeni alınmış nəqliyyat vasitələri isə mobil ofis xidmətlərinin respublikanın bir regionunda deyil, artıq eyni vaxtda bütün şəhər və rayonlar üzrə göstərilməsini təmin edəcək. İndiyədək mobil ofislər vasitəsilə ölkə üzrə 10000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
 
 
Rəis qeyd edib ki, qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır:
 
 
 “Görülən işlərin nəticəsidir ki, 2014-cü ildə respublika üzrə 130 minə yaxın daşınmaz əmlak qeydiyyatdan keçib. Bu il ərzində 98 mindən çox yüklülüyə dair dövlət  reyestrindən arayış verilib”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti