12px13px15px17px
Tarix:02/09/14

Məhəmməd İmanov: “Elektron kadastr məlumat bazasının yaradılması qeydiyyat sisteminin inkişafına dəstək xarakteri daşıyır”

Daşınmaz əmlakın kadastrı sisteminin son illər sürətlə təkmilləşdirilməsi, elektron kadastr məlumat bazasının yaradılması qeydiyyat sisteminin inkişafına dəstək xarakteri daşıyır.
 
Bundan əlavə, informasiya texnologiyalarının və elektron xidmətlərin sürətlə tətbiqi, komitənin tikilməkdə olan yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) tezliklə istifadəyə verilməsi ölkə üzrə daşınmaz əmlakların vahid elektron məlumat və idarəetmə bazasının yaradılmasını təmin edəcək.
 
 Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Məhəmməd İmanov Beyləqanda keçirilən “Açıq qapı” günü - vətəndaş forumunda deyib.
 
 “Açıq qapı” gününün məqsədi ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara, mətbuat nümayəndələrinə və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək olub. “Açıq qapı” günü - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar və mətbuat nümayəndələri ərazi idarəsində qeydiyyat prosesini əyani şəkildə izləyib və qeydiyyat prosedurları ilə yaxından tanış olublar.
 
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətləri barədə ətraflı məlumat verilib, istifadə qaydaları izah olunub. İndiyədək komitə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Xaçmaz ərazi idarələrində belə “Açıq qapı” günləri keçirilib.
 
 
Qeyd edək ki, hüquqi maarifləndirmə seminarının təşkili daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması məqsədi daşıyır. Belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvarında başlanan hüquqi maarifləndirmə tədbirləri il ərzində Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə və Xaçmaz rayonlarında da təşkil edilib.
 
Komitə tərəfindən belə maarifləndirici tədbirlər ilin sonunadək davam etdiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti