12px13px15px17px
Tarix:02/09/14

Bakı aeroportunda yeni idarəetmə sistemi tətbiq edilir


“Azərbaycan Hava Yolları” aviaşirkəti “SITA” şirkətinin ən yeni sərnişin xidməti və idarəetmə sistemlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında tətbiq edib.
 
“ICTnews” xəbər xidmətinin “SITA”-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni texnologiyanın tətbiqi sayəsində “Azərbaycan Hava Yolları”nın  sərnişinlərə göstərdiyi xidmətin keyfiyyətini yüksəldəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin  prezidenti Cahangir Əskərovun sözlərinə görə, şirkətin əsas məqsədi aviadaşımaların artırılmasıdır ki, bu da xidmət keyfiyyətinin artırılması və biznesin əməliyyat effektivliyini artıran müasir həllərin tətbiqini tələb edir. 

“SITA şirkətinin innovativ sistemləri IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının  bütün tövsiyələrinə və müasir sahə tendensiyalarına cavab verən aviasənayedə ən qabaqcıl texnologiyalarını daxil edir. SITA-nın aviaşirkətlər və aeroportlar üçün təqdim etdiyi tam çeşidli İT və kommunikasiya həlləri AZAL rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”.

Yeni saziş çərçivəsində “SITA” şirkəti informasiya həllərinin təqdim edilməsi ilə yanaşı, İT-infrastrukturun istifadəsi və sərnişin xidmətinin təşkili üzrə məsləhət xidmətləri göstərib. “SITA”-nın sərnişin xidməti üçün nəzərdə tutulmuş “AirportConnect Open” platforması 70-dən çox qeydiyyat nöqtəsini və 12 xidmət kioskunu dəstəkləyir. Yeni İT platforma Bakı aeroportundan uçuşlar həyata keçirən bütün aviaşirkətlərə ümumi çıxış avadanlıqları vasitəsi ilə öz əlavə proqramlarına real vaxt rejimində qoşulma imkanı təqdim edir. Aeroportda tətbiq edilmiş “SITA BagManager”  baqajın idarəetməsi sistemi onun emalının   effektivliyini artıracaq, bütün əməliyyatları asanlaşdıracaq və baqajın vaxtında çatdırılmasını təmin edəcək. Sərnişinlər “SITA WorldTracer” kioskları vasitəsi ilə baqajın statusunu öyrənə bilərlər və baqaj itirildikdə müstəqil şəkildə ərizələrini qeydiyyatdan keçirə bilərlər.

“SİTA” həmçinin aeroportda 145 yeni rəqəmli displey və sərnişinləri aviareyslərin cari statusu haqda məlumatlandırmaq üçün təkmilləşdirilmiş audiosistem quraşdırıb. Bundan başqa, aeroportda “AirportResource Manager” stasionar resursların idarəedilməsi modulu tətbiq edilib ki, bu, avadanlığın avtomatik rejimdə işinin əlaqələndirilməsinə kömək edir.  Yaxın beş il ərzində “SITA” bütün yeni həllərin dəstəklənməsini həyata keçirəcək.

Aynur Vəliyeva
 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020