12px13px15px17px
Tarix:02/09/14

2014-cü ildə qlobal smartfon tədarükü 1.2 milyardı ötəcək

"Futuresource Consulting" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə smartfonların tədarükü 50 faiz artaraq 1 milyardı ötüb. Ekspertlər hesab edirlər ki, 2014-cü ildə smartfonların tədarük həcmi daha 19 faiz artaraq 1,2 milyardı ötəcək.
 
"Futuresource Consulting" şirkətinin analitiki Oliver Rauntri istifadəçilərin tədricən daha böyük ekranlı mobil telefonlara keçidini qeyd edib. Belə ki, ötən il satılmış smartfonların əksəriyyətində ekranların diaqonalı 4-5,5 düym təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspert, həmçinin "fablet"lərin (ekranının diaqonalı 5,5 düymdən çox olan smartfonlar) populyarlığına diqqət yetirib. Ötən il belə aparatlar Cənub-Şərqi Asiyada yüksək tələbatlı olub, amma başqa bazarlarda bu məhsula tələbat az olduğundan qlobal satış həcmində fabletlərin bazar payı 6 faiz təşkil edib.
 
"Futuresource Consulting" şirkətinin mütəxəssisləri hesab edirlər ki, cari ildə fabletlər bazarda böyük paya sahiblənəcək, müxtəlif mobil məzmunun mümkünlüyü nəticəsində bu form-faktor istehlakçılar üçün cəlbedici olacaq.
 
Smartfon seqmentində müsbət dinamikanın saxlanmasına baxmayaraq, analitiklər bir çox inkişaf etmiş bazarların "doyma" həddinə çatması haqda xəbərdarlıq ediblər.
 
Bundan başqa, Oliver Rauntri ən böyük smartfon bazarı olan Çində tempin aşağı düşməsi haqda məlumat verib.
 
Tədqiqatda, həmçinin adi mobil telefonların satış həcminin çox sürətli azalması haqda məlumat verilib. 2013-cü ildə yalnız 710 milyon adi mobil telefon satılıb ki, bu da ötən illə müqayisədə 20 faiz azdır. Bununla belə, mütəxəssislər hesab edirlər ki, bir sıra inkişaf etməkdə olan bazarlarda bu aparatlara hələ tələbat var.
 
Emil Hüseynov



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.