12px13px15px17px
Tarix:04/09/14

“Samsung” şirkəti “Note 4” və “Note Edge” cihazlarını nümayiş etdirib

“Samsung Electronics” şirkəti Nyu-Yorkda öz yeni “Galaxy Note 4” fabletini, həmçinin bükük ekranla təchiz edilmiş yeni “Galaxy Note Edge” brend smartfonunu nümayiş etdirib.
 
“Note 4” fableti təqdimatın əsas yeniliyi olub. Bu il “Samsung” şirkəti 2560x1440 piksel təsvir ölçülü 5,7 düymlük “AMOLED” ekranlı qurğu hazırlayıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Note 4” fableti “Android 4.4” platforması ilə işləyir. Yeni fablet 2.7 QHs takt tezlikli “Qualcomm Snapdragon 805” qabaqcıl mikroprosessoru, 3 QB əməli yaddaş və 32 QB fləş-yaddaşla təchiz olunub.
Arxa kamera 16 Mp, ön kamera 3,7 Mp təşkil edir. “MicroSD” yaddaş slotunun hesabına yaddaşı 64 QB-dək artırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3220 milliamper/saatdır.
 
Qurğunun başqa parametrləri sadədir: “S Pen” stilusunun dəstəyi var. Smartfon hazırda toxunuşlara daha yaxşı cavab verir: “Note 4” fabletində toxunuş üçün 2048 həssaslıq dərəcəsi var. “Note 3”-də bu göstərici 1024 olub. Fabletin yeni versiyasının dizaynı “Note 3”-dən çox fərqlənmir, ancaq “Galaxy S5” smartfonunda olduğu kimi yeni datçiklər quraşdırılıb: barmaq izi, həmçinin nəbz. Eyni zamanda qurğunun arxa hissəsində UV datçik var.
 
Şirkət “TouchWiz” interfeysində bəzi dəyişikliklər həyata keçirib. Yeniliklərin çox hissəsi çoxpəncərəli rejimlə bağlıdır. İstifadəçilər “S Pen” stilusunun köməyi ilə ekranda tətbiqləri kiçildərək onlar arasında keçid edə bilər.
 
“Galaxy Note 4” satışlarına oktyabrda start veriləcək, qiyməti hələ ki açıqlanmayıb.
 
“Galaxy Note Edge” smartfonunda ekran kənar hissədən bükülüb. Cihaz 2560x1600 piksel təsvir ölçülü 5,6 düymlük ekrana malikdir.
 
“Note Edge” smartfonunun aparat içliyi demək olar ki “Note 4” ilə eynidir. Fərq yalnız akkumulyatorun tutumundadır.
 
“Samsung”un nümayəndələri deyiblər ki, “Note Edge” smartfonu bəzi “bazar”larda satılacaq, qiyməti açıqlanmayıb.
 
Emil Hüseynov



Baxış sayı: 2158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024