12px13px15px17px
Tarix:04/09/14

Azər Bayramov: “Banklar tərəfindən İTİDF-yə 1,2 milyon manat məbləğində güzəştli kredit tələbi ilə müraciət olunub”

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) maliyyələşdirmə mexanizmlərindən biri də güzəştli kreditlərin verilməsidir.
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, fondun  icraçı direktorunun müavini Azər Bayramov sözügedən məsələ ətrafında danışarkən bildirib ki, sahibkarlıq subyektlərinə 50 min manatdan 5 milyon manatadək vəsait ayrılır:
 
“Güzəştli kreditlər 3 ildən 10 il müddətinə qədər İKT sahəsində fəaliyyət göstərən subyektlərə verilir.  Ən başlıcası, güzəştli kredit illik 5 faiz dərəcəsi ilə verilir. Bu, hazırda Azərbaycanda ən aşağı faiz dərəcəsidir”.
 
 
A.Bayramov bildirib ki, güzəştli kreditlər müvəkkil banklar vasitəsilə verilir. Onun sözlərinə görə, hazırda banklar tərəfindən fonda 1,2 milyon manat məbləğində güzəştli kredit tələbi ilə müraciət olunub: “Bu gün fondda bu məsələyə baxılır, yəqin ki, bir həftə ərzində qərar veriləcək”.
 
Seymur Qasımbəyli



Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024