12px13px15px17px
Tarix:04/09/14

ƏƏSMN-in elektron informasiya sistemində artıq 500 minə yaxın əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi getdikcə sürətlənir və bu günədək sistemdə qeydiyyatdan keçən bildirişlərin sayı qısa müddət ərzində artıq 500 minə çatır.
 
Bu barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssislərinin Abşeron və Bakının Binəqədi rayonlarının işəgötürənləri ilə görüşündə məlumat verilib.
 
Bildirilib ki, "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ilk yerlərdən birini tutur. İşəgötürənlərin əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə "Açıq qapı günü - vətəndaş forumu" çərçivəsində məlumatlandırılmasına xidmət edən görüşdə EİS-in mükəmməl proqram təminatının işəgötürənlərin bu sistemdən hər hansı çətinlik olmadan, asan və rahat formada istifadəsinə şərait yaratdığı vurğulanıb.
 
 Qeyd olunub ki, ƏƏSMN-ə daxil olan zənglər, rəsmi sorğular, elektron müraciətlərdən, o cümlədən məlumatlandırma tədbirlərində verilən suallar da işəgötürənlərin bu islahat tədbirində fəal iştirak etməkdə maraqlı olduqlarını göstərir. 
 
 
Görüşdə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilməsinin işçi və işəgötürənlər üçün önəmi diqqətə çatdırılıb, bildirişlərin bu sistemdə qeydiyyatdan keçirilməsi qaydaları ilə əlaqədar dolğun məlumatlar verilib, suallar cavablandırılıb.
 
Eyni zamanda,  əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni EİS-də qeydiyyatdan keçmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları ilə bağlı qanunvericiliyə uyğun şəkildə tətbiq olunacaq cəza tədbirləri görüş iştirakçılarının nəzərinə çatdırılıb.
 
 
Həqiqət İSABALAYEVA
 
 
 



Baxış sayı: 984

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024