12px13px15px17px
Tarix:05/09/14

RYTN-in bölgələrdə əhali ilə keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın bölgələrində RYTN-in əhali ilə keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans keçirilib.
 
Əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vətəndaşlarla keçirdiyi açıq görüşlərdə iştirak etmiş və 12 rayonu təmsil edən 20 vətəndaş onlayn şəkildə nazir tərəfindən təkrar qəbul olunublar.
 
Videokonfransda qeyd olunub ki, 2014-cü il ərzində bölgələrdə nazir Əli Abbasovun qəbulunda olmuş 148 nəfər vətəndaşdan 142 nəfərin müraciəti müsbət həllini tapıb, 6 nəfərin etdiyi müraciətin icrası üçün isə qoyulan müddət hələ başa çatmayıb və hazırda müraciətlərə nəzarət edilir.
 
 
Hacıqabul, Neftçala, Astara,  Siyəzən, Lerik, Şamaxı, Qax, Gəncə, Şabran və digər rayonlardan edilən təkrar müraciətlər işlə təmin olunma, EATS-ın nömrə tutumunun artımı, ailə vəziyyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsi, internetlə təmin olunma, kəndin telefonlaşdırılması, rabitə sahəsində "Rabitə ustası" fəxri adı ilə təltif edilmə, telefon nömrələrinin artması və ya rabitə şöbəsinin yaradılması, rəqəmsal TV-dən istifadə edilməsinə köməklik və s. məzmunda olub.
 
Sözügedən məsələlərlə bağlı nazirə edilən müraciətlərin icrası həll edilib, həmçinin nazirin tapşırığına əsasən, Qax şəhərində yerləşən 2 saylı liseyə 10 ədəd notebook əvəzsiz olaraq verilib, uzun müddət rabitə sistemində işləyən revmatizmdən əziyyət çəkən Neftçala rayon sakininin (Pakizə Alxasova) Naftalan sanatoriyasına yollayış alınmasına köməklik göstərilib, prosesin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
 
 
Qəbulun sonunda nazir sahə üzrə yerli idarəedici qurumlara vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılması, edilən hər bir müraciətə xüsusi qayğı və diqqətlə yanaşılması, eyni zamanda icra müddəti tamamlamayan müraciətlərin qoyulan müddətdə həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib.
 
 
Qeyd edək ki, RYTN-in əhali ilə keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfransların təşkili artıq ənənə halını alacaq. Belə ki, bölgələrdə keçirilən görüşlərdə nazirə edilmiş müraciətlərin icra vəziyyətinə daha dəqiq nəzarət etmək üçün RYTN-də hər 6 aydan bir videokonfarns keçiriləcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 1313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024