12px13px15px17px
Tarix:06/09/14

Azərbaycan internet xidmətləri bazarında “Bakinternet”in payı 5 faizdən çox artıb

Azərbaycan internet xidmətləri bazarında son bir ayda “Bakinternet” dövlət internet provayderinin bazar payının kəskin artmasına baxmayaraq provayderlərin reytinqində önəmli dəyişiklik baş verməyib.
 
 “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətləri kəskin rəqabəti ötən ay da davam edib, lakin bu onların mövqelərinə təsir göstərməyib.
 
Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 5,4 faiz artaraq 28,74  faiz təşkil edib, “Uninet”in payı cüzi azalaraq 12,09 faiz olub, “Aztelekom”un payı 2,4 faiz azalaraq 11,8 faiz təşkil edib. “Azeronline”nın bazar payı azalaraq 9,17 faiz, “Dataplus” şirkətinin bazar payı 6 faiz, “Connect” şirkətinin bazar payı 4,9  faiz, “Azqtel”in payı iki dəfə artaraq 4,2 faiz təşkil edib.

Onların ardınca 3,22 faiz bazar payı ilə “Ultel”, 3,1 faiz  “Castel”, 2,8 faiz “Adanet”, 2,8 faiz “Azstarnet”, 1,9 “Smart”, 1,12 faiz “Avirtel”, 1,5 faiz  “Azeurotel”, 1,3 faiz  “Nakhchivan” qərarlaşıblar. Digər provayderlər bazarda çox kiçik 1 faizədək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 

Aynur Vəliyeva
 
 



Baxış sayı: 1155

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024