12px13px15px17px
Tarix:06/09/14

Dünya Bankı: “TASİM layihəsinin reallaşdırılması Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq”

Dünya Bankı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TASİM layihəsinin gələcəkdə ölkənin regional əməkdaşlıqda rolunun artırılmasına səbəb olacağını hesab edir.
 
Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenkonun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihənin icrası ilə bağlı bir neçə variant Dünya Bankı ilə Azərbaycan hökuməti arasında müzakirə mövzusudur.
 
"Biz bu layihənin gələcək effektivliyi ilə bağlı proqnozlar verməyə hazır deyilik. Lakin birmənalı olaraq deyə bilərəm ki, TASİM-in reallaşdırılması gələcəkdə Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq, ölkəni beynəlxalq rabitə və məlumat ötürmə bazarında qlobal səviyyəyə çıxardacaq. Azərbaycan "İpək yolu"nun bir hissəsinə çevriləcək. Artıq "İpək yolu" informasiya axını yoluna çevriləcək. Azərbaycanın bu layihənin reallaşdırılmasında aktiv mövqe tutması çox təqdirəlayiqdir",- deyə o bildirib.
 
Aynur Vəliyeva



Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024