12px13px15px17px
Tarix:08/09/14

Aparıcı şirkətlər və alimlər "TCP/IP” protokollarını müzakirə edirlər

ABŞ Milli Elm Fondunun (NSF), “Cisco”, “Verisign”, “Panasonic” şirkətlərinin nümayəndələri və dünyanın bir sıra mütəxəssisləri bu həftə Los-Ancelesdə görüşərək ilk dəfə “Named Data Networking Consortium” konsorsiumunun yaradılması məsələsini müzakirə ediblər.

Təşəbbüsün əsas məqsədi “TCP/IP” protokollarını əvəz edərək praktikada tətbiq olunan protokollar toplusunun hazırlanması, eləcə də şəbəkələrin dayanıqlığını və mühafizəsini artırmaqdan ibarətdir.  
 
Bundan başqa, yeni sistemin hazırda ötürülən kontenti daha yaxşı emal etməyə və mürəkkəb əlavələrin yaradılmasını sadələşdirməyə kömək edəcəyi bildirilir.
 
Problemin müzakirəsində iştirak edən mütəxəssislər sırasına həmçinin Los-Anceles Kaliforniya Universiteti, San-Dieqo Kaliforniya Universiteti, Kolorado Universiteti, Arizona Universiteti, Çinin  Sinhua və Tuntszi universitetləri, Cənubi Koreyanın Anyanqa Universiteti, Yaponiyanın Vaseda Universitetinin alimləri daxildir. Bundan əlavə, görüşdə “Intel”, “Huawei”, “Alcatel-Lucent”, “Qualcomm”, “Comcast” və “Orange” şirkətlərinin ekspertləri iştirak edib.
 
“Named Data Networking” (NDN) üzərində işə uzun müddətdir başlanıb, onun maliyyələşdirilməsinə 2010-cu ildə “NSF” tərəfindən start verilib. Problemin tədqiqinin daha da irəliyə getməsi üçün ekspertlər açıq çıxış kodlu proqram təminatı yaratmağı planlaşdırırlar.
 
Mütəxəssislərin sözlərinə görə, onlar informasiyanın yayılması və məlumatların məxfiliyi arasında balansı saxlamaq niyyətindədirlər. Onların fikrincə, mövcud protokollar lazimi effekt vermir, “NDN” isə bu sahədə uğur qazanmaq üçün bütün imkanlara malikdir.
 
“TCP/IP” şəbəkələrdə, o cümlədən internetdə istifadə edilən şəbəkə məlumat ötürmə protokolları toplusudur. “TCP/IP” adı bu standartda ilk dəfə yaradılaraq təsvir edilən iki vacib protokol ailəsinin - “Transmission Control Protocol” (TCP) və “Internet Protocol” (IP) adından götürülüb. “TCP/IP” 1970-ci ildə ABŞ hökumətinin xüsusi “Advanced Research Project Agency” (ARPA) şöbəsi tərəfindən maliyyələşdirilən tədqiqatlar nəticəsində təşəkkül tapıb. Protokollar bütün şəbəkələri vahid virtual şəbəkədə (internetwork) birləşdirəcək ümumi standart kimi hazırlanıb, - "NEWSru.com” yazır.  
 



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Dekabr 2019

07 12 2019

07/12/19
Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb

“Manyone” şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyar

07/12/19
“5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək

“Xiaomi” həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləy

07/12/19
“Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq

“Huawei” şirkətinin inkişaf etdirdiyi “Harmony OS” 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri