12px13px15px17px
Tarix:09/09/14

Bakıda Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun 5-ci iclası keçiriləcək

Bakıda sentyabrın 10-da Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci iclası keçiriləcək.
 
Azərbaycan Milli Teleradioyayım Şurasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, forumda "Yeni media" mövzusuna yenidən baxış keçiriləcək və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılacaq.
 
“BSEC” (Black Sea Economic Cooperation) üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci il 30 iyun tarixində “BSEC”-in İstanbuldakı Baş qərargahında toplanmış və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul etmişdi.
 
Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə “BRAF” hər il bir üzvünün dəvəti ilə İllik iclasını keçirir.

 “BRAF”-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK binasında yerləşir.

Aynur Vəliyeva
 



Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024