12px13px15px17px
Tarix:10/09/14

Nazir müavini Rusiyanın məşhur informasiya agentliyinə ölkəmizdə İKT sahəsində görülən işlərdən danışıb

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Rusiyanın informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən məşhur "Telecom Daily" informasiya agentliyinə müsahibə verib. Jurnalist Tatyana Zolotovanın suallarını cavablandıran nazir müavini Azərbaycanda İKT üzrə görülən işlərdən, əldə edilən nailiyyətlərdən və qarşıya qoyulan məqsədlərdən danışıb.
 
E.Vəlizadə bildirib ki, Azərbaycanın coğrafi mövqeyi İKT ilə yanaşı, yeni sənaye sahələrini – yüksək texnologiyanı, nanotexnologiyanı və nüvə texnologiyasını inkişaf etdirməyə imkan verir. Ölkəmizdə bu sahə ilə bağlı böyük potensialın olduğunu vurğulayan nazir müavini Azərbaycanda yaradılan texnopark haqqında məlumat verib.
 
O bildirib ki, texnoparklar yeni inkişaf istiqamətləri yaradıb. Onun vasitəsi ilə ölkəyə həm yeni texnologiyanın gətirildiyini, həm də beynəlxalq şirkətlərin cəlb edildiyini söyləyən E.Vəlizadə sözügedən parkda araşdırmaların aparılması, startapların sərbəst fəaliyyət göstərməsi üçün lazım olan bütün şərait yaradıldığını vurğulayıb. Azərbaycan hökumətinin startaplara həm informasiya, həm də maliyyə dəstəyi göstərdiyini vurğulayan nazir müavini ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradıldığını və onun vasitəsi ilə 3 istiqamət üzrə maliyyələşmə prosesinin həyata keçirildiyini  bildirib.
 
 
Daha sonra ölkəmizdə kosmik sahədə həyata keçirilən işlərdən söz açan E.Vəlizadə Azərbaycanın növbəti peykinin orbitə buraxılması istiqamətində işlərin aparıldığını söyləyib. Jurnalistin ölkədə fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı sualına gəldikdə isə nazir müavini deyib ki, Azərbaycanda açıq yayımda olan kanallarla yanaşı, kabel televiziyalarının da sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradılıb.
Daha sonra diqqəti internetə yönəldən E.Vəlizadə Azərbaycanın ən ucqar nöqtəsində də internetə qoşulmağın mümkünlüyündən danışıb. Onun sözlərinə görə, bu gün mobil telefonu olan hər bir kəs ölkənin istənilən ərazisində internet xidmətlərindən asanlıqla istifadə edə bilir. Böyük şəhərlərin parklarında, insanların kütləvi şəkildə toplaşdığı məkanlarda pulsuz "Wi-Fi" zonalarının yaradıldığına diqqət çəkən nazir müavini Azərbaycanın optik kabellərlə əhatə olunması üçün böyük bir layihənin həyata keçirildiyini qeyd edib. Ölkə əhalisi tərəfindən elektron xidmətlərdən istifadə sayının artdığını deyən  E.Vəlizadə  daha sonra TASİM layihəsi haqqında və bu istiqamətdə görülən işlər barəsində ətraflı məlumat verib.
 
Seymur Qasımbəyli



Baxış sayı: 1359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024