12px13px15px17px
Tarix:10/09/14

“Apple” şirkəti “Watch” smart saatını nümayiş etdirib

“Apple” şirkəti “Watch” smart saatını nümayiş etdirib.

“Apple Watch” nəbzi ölçməyə imkan verir, idman, hava və naviqasiya tətbiqlərini dəstəkləyir, saat sahiblərinə öz aralarında əlaqə yaratmağa icazə verir. Həmçinin kənar istehsalçının proqram yaratması üçün “WatchKit” tərtibatçı dəsti nəzərdə tutulub.

Məsələn, saat sahibi dayanacaqda saxlanmış maşınını tapa bilər. “Apple”ın baş direktoru Tim Kuk deyib ki, “Watch” smart saatından “Apple TV”-nin idarəetməsində istifadə edir.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, saatlar iki ölçüdə tədarük ediləcək və üç modifikasiya mövcuddur: “Apple Watch”, “Apple Watch Sport” və “Apple Watch Edition” (18karatlıq qızılla örtülüb).

2015-ci ilin əvvəlində saatın satışlarına başlanılacaq, qiyməti 349 dollar təşkil edir.

Emil Hüseynov
 
 



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024