12px13px15px17px
Tarix:25/08/11

“BlackBerry” smartfonları üçün musiqi xidməti

“Research in Motion” şirkəti “BlackBerry” smartfonları üçün “BBM Music” musiqi xidmətini təqdim edib. Xidmətin işə salınması haqqında “RİM” saytındakı press-relizdə bildirilib.

Xidmət pulsuz “BBM” messenceri ilə əlaqələndirilib. “BBM Music” xidmətinin hər bir istifadəçisi şəxsi səhifəsinə 50 musiqi əlavə edə bilər. Musiqilər “RİM” serverlərində saxlanılır, lakin onları qurğuda da saxlamaq olar. Hər bir istifadəçi musiqini yalnız öz səhifəsindən deyil, həm də dostların səhifələrindən dinləyə bilər.

“BBM Music” kataloqu 10 milyon kompozisiyadan ibarətdir. “RİM” şirkətinin partnyorları kimi “Warner Music”, “Universal Music”, “EMİ” və “Sony Music” çıxış ediblər. “BBM Music” xidməti pullu olacaq. Xidmətin aylıq qiyməti 4,99 dollara başa gələcək.

Hal-hazırda “BBM Music” yalnız “BlackBerry OS 5” və yuxarı versiya əməliyyat sistemi ilə işləyən “BlackBerry” smartfonlarında işləyir. “PlayBook” planşetinin sahibləri hələ ki xidmətdən istifadə edə bilmirlər.

Xidmət beta-versiya rejimində işləyir və yalnız ABŞ, Kanada və Böyük Britaniya istifadəçiləri ondan istifadə edə bilər. Sonra ölkələrin siyahısı genişləndiriləcək.



Baxış sayı: 2140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024