12px13px15px17px
Tarix:11/09/14

Vətəndaşlar rabitə xidmət haqlarını “Easypay” ödəmə terminalları vasitəsi ilə də ödəyə bilərlər

Vətəndaşların rahatlığının təmin olunması məqsədi ilə rabitə xidmət haqlarının “Easypay” ödəmə terminalları vasitəsilə ödənilməsi üçün Məlumat Hesablama Mərkəzi (MHM), “Easypay” MMC və telekommunikasiya qovşaqları arasında müqavilələr imzalanıb.
 
MHM-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, proqram təminatı mərkəz tərəfindən hazırlanıb.
 
Hal-hazırda abunəçilər Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında başqa vasitələrlə yanaşı, “Easypay” ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər.
 
Abunəçilər “Easypay” ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətirlə əks olunur:
 
  • Şəhərlərarası və beynəlxalq danışıq borcu (cari və əvvəlki aylar üzrə)
  • Aylıq abunə borcu
 
  • İnternet borcu (Provayder ayrıca göstərilməklə)
 
 
Abunəçi istədiyi xidmət üzrə borcunu ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər “online” rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır.
 
Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Easypay” terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.
 
Qeyd edək ki, layihənin istismara verilməsindən az müddət keçməsinə baxmayaraq, “Easypay” ödəmə terminalları vasitəsilə aparılan ödənişlərin həcmi sürətlə artır.
 
CAHANGİR
 



Baxış sayı: 1166

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024