12px13px15px17px
Tarix:12/09/14

Lampalar sahiblərini izləyəcəklər

Mühəndislər sahibinin davranış tərzinə reaksiya verən lampa yaradıblar. Artıq yeni məhsul üçün ilkin sifariş açıqdır.

İşıq diodu lampası ətraf mühitin işıqlanması ilə əlaqədar dəyişikliyə və yaxındakı obyektlərin yerləşməsinə reaksiya verir. Bu məhsul onu yaradanların fikrincə, "ağıllı" evin elementlərindən biridir.


“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, lampa səhər və gecə saatlarında işıqlandırmanın dəyişilməsindəki intensivliyi izləyir, həmçinin öz sahibinin vərdişlərinə uyğun sazlanır. Lampaya quraşdırılmış datçiklər yalnız bina daxilindəki insanları izləməyə deyil, həm də işıqlandırmanın rəngini dəyişməyə imkan verir. Məsələn, sarı işıq rahatlıq gətirir, parlaq ağ iş daha çox iş və təhsil üçün uyğun gəlir.

İstehsalçılar bildiriblər ki, yeni məhsul böyük miqdarda elektrik enerjisinə qənaət edir. Texnoloji yeniliyin qiyməti 150 dollardan başlayır.


Emil Hüseynov
 



Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024