12px13px15px17px
Tarix:13/09/14

“ICANN” növbəti konfransını Los-Ancelesdə keçirəcək

Oktyabrın 12-17-də Los-Ancelesdə "ICANN" korporasiyasının üzvlərinin növbəti toplantısı  keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "ICANN"-ın Rusiya, Şərqi Avropa və MDB ölkələri üzrə vitse-prezidenti Mixail Yakuşevlə keçiriləcək bu görüşdə korporasiyanın gələcəkdə idarə edilməsi və domenlərin qeydiyyatı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.
 
Los-Ancelesdə keçiriləcək tədbirin təşkili üçün 568 min dollar vəsaitin ayrılması nəzərdə tutulub.
 
Qeyd edək ki, "ICANN"-ın akkreditə edilmiş qeydiyyatçılar arasında keçirdiyi son auditinin nəticələrinə əsasən 322 qeydiyyatçıdan 146-sı (45%) öz işində nöqsanlara və Akkreditasiya sazişinin əsasnaməsinin pozulmasına yol verib. Bu mübahisəli məsələlərin həllindən başlayaraq "Whois" məlumatlarına çıxışın məhdudlaşdırılmasınadək  müxtəlif problemlərlə bağlı olan nöqsanlardır. Qeyd edək ki, ötən illə müqayisədə vəziyyət nisbətən yaxşılaşıb və nöqsanların sayı azalıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024