12px13px15px17px
Tarix:15/09/14

ABŞ istehsalçısının saytındakı Kanada xəritəsində çoxsaylı səhvlərə yol verilib

Cümə günü yeni “iPhone 6” smartfonuna əvvəlcədən sifariş vermək qərarına gələn Kanada sakinləri ABŞ-ın “Apple” şirkətinin saytında yerləşdirilən ölkə xəritəsindəki səhvlərdən şoka düşüblər. Bu səhv bütün milli telekanallarda xəbər buraxılışlarının başlıca mövzularından biri olub.
 
Belə ki, “Apple” şirkətinin versiyasına əsasən, ölkə paytaxtı Ottava yerini Ontario gölünün sahilinə “dəyişib”, Kanadanın burada yerləşən nəhəng Toronto şəhəri Ottavanın yerini eyniadlı çayın sahilində (hər iki şəhər Ontario əyalətində yerləşir) tutub. Edmonton şimal-qərbdə yerləşmək əvəzinə, şimal-şərqdə Kalqari şəhərinin yerində göstərilib. “Apple” xəritəsində Kvebek-Siti şəhəri əsasən fransızdilli sakinlərin yaşadığı Kvebek əyaləti kimi, Vankuver adası (Britaniya Kolumbiyası əyaləti) isə materikə birləşdirilmiş şəkildə qeyd olunub.
 
ABŞ şirkətinin nümayəndələri baş verən səhvə hələ ki münasibət bildirməyiblər.
 
Məlumat üçün bildirək ki, sentyabrın 9-da “Apple” Kupertino şəhərində (Kaliforniya ştatı) keçirilən mətbuat konfransında kompüter funksiyalı yeni “iWatch” saatını, eləcə də qabaqcıl “iPhone 6” və “iPhone 6 Plus” smartfon modellərini təqdim edib.
 
Sentyabrın 12-dən ABŞ və Kanadada smartfonlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. “Apple”ın yeni qurğuları Kanada mağazalarına sentyabrın 19-da saat 08:00-da çıxarılacaq, - “www.itar-tass.com” yazır.   
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024