12px13px15px17px
Tarix:15/09/14

“Facebook” qeyb olan məlumatları testləşdirir

“Facebook” sosial şəbəkəsi “Snapchat” ani məlumatlar servisindən ilhamlanaraq özünə qeyb olan məlumatlar servisi yaradıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət hazırda yeni imkanın testləşdirilməsi ilə məşğuldur.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, kontentin müəyyən vaxtdan sonra (bir saatdan yeddi günədək) avtomatik pozulması imkanı “iOS” əlavəsi üçün “kiçik pilot”dur.

İyun ayında şəbəkə 700 min istifadəçinin xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı eksperimentinə görə tənqid atəşinə tutulub.

Məlumatların istifadə vaxtı bitdikdən sonra digər istifadəçilər onlardan istifadə edə bilməyəcəklər. Bu opsiya hazırda, “Facebook” və digər texnoloji şirkətlərin öz məhsullarını və xidmətlərini yoxladıqları Yeni Zelandiyada aktivdir.


Aynur Vəliyeva



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024