12px13px15px17px
Tarix:16/09/14

Türk kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq

11-14 sentyabr tarixlərində İstanbulda keçirilən "CeBİT – Avrasiya"  İnformasiya Texnologiyaları Sərgisində iştirak edən "Azərkosmos" ASC   tədbir zamanı bir sıra önəmli müqavilələr imzalayıb.
 
Bu müqavilələrdən şirkət üçün ən əhəmiyyətlisi Türkiyənin "NEBA" şirkəti ilə türk kanallarının "Azerspace-1" peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilədir.
 
İmza mərasimində iştirak edən Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib ki, türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanmasına böyük önəm veririk və bu bizim üçün sevindirici hadisədir.
 
"NEBA" şirkətinin baş direktoru Mustafa Serez mövzu ilə bağlı açıqlamasında bildirib ki, "Azerspace-1"-in Azərbaycanda və regionda gücü mübahisə olunmazdır, izləyici nüfuzetməsi 90 faizə yaxındır. "Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq".
 
Qeyd edək ki, türk kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək. İki qardaş ölkə arasında baş tutan bu əməkdaşlıq Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb və türk kanalları üçün açılmış yeni pəncərə kimi qiymətləndirilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 
 



Baxış sayı: 1390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2018

18 09 2018

18/09/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 21 sentyabr 2018-ci il tarixində saat 12:00-da

18/09/18
“iOS12” əməliyyat sistemi təqdim olunub

“Apple” şirkəti “iOS” əməliyyat sistemini yeniləyib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/09/18
Pekin süni intellekt şirkətlərinin sayına görə dünya şəhərləri arasında birincidir

Çin süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayına görə dünyada ikinci 

18/09/18
“Samsung Galaxy S10” smartfonunun ilk fotoşəkili dərc olunub

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Don-Cin Koh Çin KİV-i ilə söhbət zamanı növbəti 

18/09/18
Yeni “iPhone” smartfonları “eSIM” texnologiyasını populyarlaşdıracaq

Analitiklər virtual SİM kart texnologiyasını dəstəkləyən smartfonlara tələbatın yüksələcəyini proqnozlaşdırır

18/09/18
“Samsung” və “Google” şirkətləri qabaqcıl messencer hazırlayır

Dünyada ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkəti “Google” ilə əməkdaşlığa 

18/09/18
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən  

18/09/18
İlk kosmik turist təqdim edilib

“SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask “Big Falcon Rocket” korporasiyasının