12px13px15px17px
Tarix:16/09/14

“Facebook” açıq proqram təminatı yaratmaq niyyətindədir

“Facebook” sosial şəbəkəsi digər şirkətlərlə birgə proqram təminatının hazırlanması ilə məşğul olacağını elan edib.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, proqram təminatı layihə üzərində və texnoloji innovasiyalarla birgə iş üçün nəzərdə tutulub.
 
Layihədə həmçinin “Google”, “Twitter”, “Square” və digər şirkətlər iştirak edirlər. Proqram təminatı “//TODO” təşəbbüsü çərçivəsində hazırlanır və pulsuz təqdim ediləcək. “Facebook”da onu da qeyd ediblər ki, proqram mühitinin  təşkili üçün həllərin  hazırlanması ilə məşğul olacaqlar.

“//TODO” layihəsi “Facebook”un digər şirkətlərə onun texnologiyalarını təqdim edən və onlarla innovasiya mübadiləsi aparan, daha çox insana internetə qoşulmaq imkanı verən  geniş strategiyasına daxildir.
 
Aynur Vəliyeva



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024