12px13px15px17px
Tarix:16/09/14

“Milli Net 2014”-də “Dövlət və bələdiyyə saytları” nominasiyasının adı “Elektron hökumət”lə əvəzlənə bilər

Milli İnternet Müsabiqəsi – "Milli Net 2014"-də yeni nominasiyalar nəzərdən keçirilir. "Dövlət və bələdiyyə saytları" nominasiyasının adının dəyişdirilərək "Elektron hökumət" nominasiyası adlandırılması üzərində müzakirələr aparılır.
 
Bununla yanaşı, Qarabağla bağlı saytlara aid ayrıca nominasiya təklif edilir. Həmçinin "Mobil tətbiq"lərlə bağlı da yeni nominasiyanın daxil edilməsi müzakirə olunur.
 
Milli İnternet resursların 3 istiqamət üzrə qiymətləndirilməsini həyata keçirən "Milli Net 2014" Münsiflər Komissiyasına da yeni namizədlər irəli sürülür.
 
"Milli Net 2014" Müsabiqə qaydalarında hər hansı ciddi dəyişiklik gözlənilmir. Yalnız hazır sistemlər üzərində qurulan internet resursların texniki-texnoloji istiqamət üzrə qiymətləndirilməsində müəyyən dəyişikliklər edilməsi ilə bağlı Təşkilat Komitəsində və Münsiflər Komissiyasında müzakirələr aparılır.
 
CAHANGİR



Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024