12px13px15px17px
Tarix:16/09/14

CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar”ın yubiley sərgisində innovasiyalı ixtiralar təqdim olunacaq

19-21 noyabr tarixlərində Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisi 5 illik uğurlu iş fəaliyyətinin yubileyini qeyd edəcək. CTE sərgisi ətraf mühitin qorunması və təbiətdən rasional istifadə olunması sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edir.
 
Sərginin təşkilatçısı olan “Iteca Caspian”-dan qeyd edilib ki, Azərbaycanda biznesin inkişafı üçün ən əlverişli vasitə olan  CTE sərgisi çərçivəsində yeni tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə effektiv iş aparmaq üçün şərait yaradılır:
 
“Sərginin bölmələrinə “Bərk tullantılar”, “Su və tullantı sular”, “Səsin izolyasiyası, hava və torpaq çirklənməsi”, “Lil”, “Dayanıqlı istehlak sənayesi”, “Qaz tullantıları”, “Yanacaq sənayesi”, “Yaşıl enerji”, “Ümumi avadanlıqlar”, “Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları”, “Emal sənayesi”, “Elm, tədqiqat və inkişaf”, “Ölçmə və nəzarət texnologiyaları”, “Landşaft və dizayn” daxildir. Sərgi şirkətinizi yerli bazarda tanıtdırmaq imkanı, eyni məkanda potensial sifarişçi və tərəfdaşlar ilə işgüzar görüşlər keçirmək fürsəti, mövcud müştərilərlə əlaqələri gücləndirmək  imkanı, sahənin professionallarının bazarda yeni texnologiya və xidmətlər haqqında dolğun məlumat alması üçün əvəzedilməz platforma və s. kimi bir çox üstünlüklərə malikdir”.
 
 
Qeyd edək ki, sərgiyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəstək verir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024