12px13px15px17px
Tarix:16/09/14

Alimlər: “Beyin insan danışığını hətta yatmış vəziyyətdə seçir”

Britaniya və Fransa alimləri insanın yatanda danışığı seçməklə yanaşı, suallara cavab verməsi qənaətinə gəliblər.   
 
Kembric və Paris alimləri tərəfindən aparılan araşdırmanın məqsədi qaranlıq otaqda yuxuya getmək istəyən insanın tələffüz edilən sözlərə reaksiya verməsini sübut etmək olub.
 
Sınaqda iştirak edənlər yuxuda olarkən heyvan adını eşitdikdə sağ ələ bərkidilmiş düyməni, insan adını eşitdikdə sol ələ bərkidilmiş düyməni basmalı idilər. Beynin göstəriciləri elektroensefaloqram vasitəsilə qeydə alınıb. 
 
“Biz zəngli saatın səsini eşidəndə və ya kimsə bizi adımızla çağıraraq səhər yuxudan oyatmaq istəyəndə dərhal oyanırıq. Beynimiz avtomatlaşdırılan hərəkətlərə bu cür reaksiya verir”, - Paris ali məktəbinin professoru Sid Kuide deyib.
 
Tədqiqatdan məlum olub ki, tez yuxuya getmə fazasında beyin kənar qıcıqlandırıcılara sürətli və dəqiq reaksiya verdiyi halda dərin yuxuya gedən adam sözlərə zəif reaksiya verməyə davam edir.
 
Alimin sözlərinə görə, yuxuya gedən insan hətta sadə rəqəmli riyazi əməliyyatlar apara, nəticələri yadda saxlaya bilər, lakin yuxunun aktiv fazası başlayan zaman insan beyni yalnız səs və ya zəngli saatın səsi kimi kənar qıcıqlandırıcılara reaksiya verə bilər, - “www.ria.ru” yazır.



Baxış sayı: 1000

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024