12px13px15px17px
Tarix:18/09/14

"Əşyaların interneti" yarımkeçirici sahəsinin artımını təmin edəcək

Tayvanın “Market Intelligence & Consulting Institute” (MIC) tədqiqat mərkəzinin proqnozuna əsasən, 2015-ci ildə qlobal yarımkeçirici sənaye istehsalının həcmi 3,1 faiz artaraq 336,3 milyard ABŞ dolları təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, “Apple Watch” smart saatları və "əşyaların interneti" sahəsindən başqa yeni həllər çip sənayesinin sonrakı inkişafını təmin edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqata əsasən, Tayvanda yarımkeçiricilərin istehsal həcmi növbəti il 6 faiz artaraq 2,21 trilyon Tayvan dolları (73,4 milyard ABŞ dolları) təşkil edəcək.
 
“MIC” ekspertləri 2014-cü illə bağlı qlobal yarımkeçirici bazarı həcminin 6.7 faizlik artımını proqnozlaşdırır.
 
Emil Hüseynov
 



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024