12px13px15px17px
Tarix:18/09/14

“Android”dən “iOS”-a keçmək mümkün olacaq

“Apple” şirkətinin rəsmi saytında artıq  “Android” sistemindən “iOS”-a keçidlə bağlı  təlimatlar təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, xüsusi bölümdə istifadəçilərin  bir sistemdən digər sistemə keçidi ilə bağlı məlumat təqdim edilib.
 
Təəssüf ki, bu prosesdə “Android” üçün alınmış əlavələri “iPhone” qurğusuna keçirmək mümkün deyil, onları yenidən “App Store”dan almaq lazım olacaq.
 
Xatırladaq ki, “iPhone 6”-nın öncədən 4 milyon sifarişi qeydə alınıb. Qurğunu öncədən sifariş etmiş istifadəçilər ilk nümunələri sentyabrın 19-da alacaqlar.

Aynur Vəliyeva



Baxış sayı: 1115

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024