12px13px15px17px
Tarix:18/09/14

“Azərkosmos” ASC-nin maliyyə hesabatları üzrə aparılan auditin nəticələri açıqlandı


Maliyyə audit və konsaltinq xidmətləri göstərən və maliyyə auditi sahəsində dünya üzrə “böyük dördlüyə” daxil olan “Ernst&Young” şirkətinin Azərbaycan ofisi tərəfindən “Azərkosmos” ASC-nin 2013-cü ilin maliyyə hesabatlarının auditi həyata keçirilib.
 
Şirkətin ekspertlərinin rəyində qeyd edilib ki, “Azərkosmos” ASC hesabatlılıq prinsipinə əsasən fəaliyyət göstərir və maliyyə göstəricilərini şəffaf şəkildə maraqlı tərəflər qarşısında açıqlayır. Eyni zamanda bildirilib ki, peyk operatoru maliyyə hesabatlarını Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (“MUBSŞ”) tərəfindən tərtib olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) əsasında hazırlayır.
 
Bu “Ernst&Young” şirkətinin Azərbaycan ofisi tərəfindən “Azərkosmos” ASC-də keçirilmiş ikinci audit yoxlamasıdır.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” ASC tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.



Baxış sayı: 1090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024