12px13px15px17px
Tarix:26/08/11

Azərbaycanın regionlarında simsiz WiMAX şəbəkəsindən istifadə mümkün olacaq

Sazz şirkəti ilin sonunadək Bakının və Abşeron yarımadasının bütün ərazisini WiMAX simsiz şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

Bu barədə şirkətdən məlumat verilib. WiMAX simsiz şəbəkəsi ilə Bakının mərkəzi küçələrinin 60 faizindən çoxu, hələlik paytaxtın ətrafının və Abşeron yarımadasının cüzi hissəsi əhatə olunub.

Abşeron yarımadasının simsiz genişzolaqlı İnternetə çıxışla tam təmin olunmasından sonra şəbəkənin regional səviyyədə, o cümlədən Azərbaycanın iri şəhərlərində də genişləndirilməsi planlaşdırılır.

Mobil İnternet istifadəçiləri üçün WiMAX protokolunu dəstəkləyən USB- modemləri əlçatandır. WIMAX texnologiyası İnternet şəbəkəsinə simmetrik simsiz genişzolaqlı radio çıxışa, analoji simli ADSL-ə, eləcə də simli çıxışa qoşulmağın qeyri-mümkün oladuğu rayonlardakı orta və yüksək olmayan tikililərdə (şəhərətrafı qəsəbələrdə və bağlarda ) bölüşdürülmüş yerli şəbəkələrin qurulmasına yönəlib.

Mobil rabitə şəbəkələrinin baza stansiyalarından fərqli olaraq WiMAX stansiyaları buraxılış qabiliyyəti 100 Mbit/saniyə olan 30 kilometrdən artıq radiusa malik meydanda genişzolaqlı rabitəni təmin edir.



Baxış sayı: 2029

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024