12px13px15px17px
Tarix:19/09/14

“Ağıllı tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib

Bakı şəhər 23 nömrəli tam orta məktəbdə “Ağıllı tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və Koreya Respublikasının “SK Telekom” şirkətinin nümayəndələri iştirak edib. Bakı şəhər 23 nömrəli tam orta məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor, 1 desktop server və 1 noutbukla təchiz olunub.
 
“Ağıllı tədris otağı”nda dərs deyən müəllimlər “Microsoft Azərbaycan” şirkəti tərəfindən “1 şagird: 1 kompüter” modeli üzrə təlimdən keçib. “Microsoft Azərbaycan” şirkəti layihə çərçivəsində təqdim olunan avadanlıqları müvafiq proqramlarla da təmin edib. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron versiya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb. Mərasimdə məktəbin direktoru Yuliya Kərimova qonaqları salamlayaraq yeni tədris otağının yaradılmasının təhsil müəssisəsinin həyatında əlamətdar hadisə olduğunu deyib.
 
Daha sonra söz təhsil nazirinin müavini Ceyhun Bayramova verilib. Nazir müavini mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından layihəni ölkəmizdə reallaşdıran “SK Telekom” şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü bildirib.  Ceyhun Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır.
 
 
Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-in layihənin əhəmiyyətini vurğulayıb və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
 
 
Qonaqlar “Ağıllı tədris otağı”nda məktəbin müəllimi Vəfa Zeynalovanın 6-cı sinif şagirdlərinə  keçdiyi dərsi izləyiblər.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024