12px13px15px17px
Tarix:20/09/14

“Android”in yeni versiyasında məlumatlar şifrlənəcək

Bir ay sonra çıxarılacaq “Android” platformasının yeni versiyasında şifrləmə funksiyası reallaşdırılacaq. “The Washington Post” nəşri “Google”un nümayəndəsinə istinadən yazır ki, funksional başlanğıc sazlamaya görə aktiv olacaq.

Axtarış nəhəngi əmin edir ki, qurğularda saxlanılan məlumatlara, hətta hökumət təşkilatları müdaxilə edə bilməyəcəklər.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 2011-ci ildən başlayaraq, “Android” platforması smartfon və planşetlərdə saxlanılan informasiyanın şifrlənməsi üçün yeni imkanlara sahiblənib. Amma bu imkanlar haqda az sayda insan xəbərdar olduğundan, buna görə müvafiq funksiyalar çox zaman deaktiv edilib.
 
Gələcəkdə bu kimi hallarla qarşılaşmamaq üçün “Google” qurğuda saxlanılan məlumatların şifrlənmə funksiyasını başlanğıc sazlamaya görə aktivləşdirmək qərarı verib. Foto, video və başqa informasiyaya giriş əldə etmək üçün yalnız xüsusi parolu daxil etmək lazımdır.
 
“Google”un mətbuat katibi Niki Kristoff iddia edir ki, hüquq-mühafizə orqanları məlumatlara giriş əldə edə bilməyəcəklər, çünki giriş açarı qurğuda saxlanılmır.
 
Emil Hüseynov



Baxış sayı: 1012

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024