12px13px15px17px
Tarix:20/09/14

“BMW” şirkəti “Çin Google”na özünəməxsus pilotsuz avtomobil yaratmağa kömək edəcək

“BMW” və “Baidu” şirkətləri 2017-ci ilədək birgə pilotsuz maşının prototipini yaradacaqlar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, birgə layihə çərçivəsində şirkətlər Çinin nəqliyyat probleminin həlli üzərində düşünmək niyyətindədirlər, axtarış sistemi isə süni intellekt sahəsində təcrübəsindən istifadə edərək “BMW” avtomobilində internet-servislərini tətbiq edə bilər.
 
Layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompüterlərinə yüklənəcək yüksəkölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq.

“BMW”-nin planlarına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaradacaq. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq.
 
“BMW” 2025-ci ilədək tam robotlaşdırılmış maşın yaratmaq niyyətindədir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024